Şamaxıda güclü leysan yağıb.
APA xəbər verir ki, Şamaxı-Pirqulu-Çuxuryurd istiqamətində yağan leysan xarakterli yağış nəticəsində bəzi əraziləri su basıb. Dağlardan gələn sel suları Şamaxı-Pirqulu avtomobil yolunu basdığından bir müddət avtomobillərin hərəkəti dayanıb. Bununla yanaşı, sakinlərə məxsus bəzi yaşayış evlərini su basıb və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
![](https://static.cdnsb.net/afm/images/2024/04/23/6439002.jpg)
![](https://static.cdnsb.net/afm/images/2024/04/23/6439005.jpg)